AZ

İqtisadi islahatlar nəticəsində Moody’s Azərbaycanın reytinqini investisiya səviyyəsinə yüksəldib - Mikayıl Cabbarov

Bakı. Trend:

Azərbaycanda aparılan iqtisadi islahatlar onun "Moody's"reytinqinin investisiya səviyyəsinə yüksəldilməsini təmin edib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadiyyatnaziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində yazıb.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycaniqtisadiyyatının şaxələndirilməsi və inkişafı sahəsində əldə edilənnailiyyətlər beynəlxalq səviyyədə bir daha öz təsdiqini tapır.“Moody’s” Beynəlxalq Reytinq Agentliyinin Azərbaycanın kreditreytinqini “Baa3” səviyyəsinə – investisiya kateqoriyasınadəkyüksəltməsi, başlıca olaraq, qeyri neft-qaz sektorunun inkişafı, busahədən əldə olunan gəlirlərin sürətlə artması və dövlət büdcəsininneft-qaz gəlirlərindən asılılığının əhəmiyyətli dərəcədə azalmasınaəsaslanır", - deyə o bildirib.

Nazir vurğualyıb ki, həyata keçirilən islahatlar ölkəmizdəmakroiqtisadi sabitliyi və fiskal dayanıqlığı, iqtisadiyyatınşaxələnməsinin dərinləşməsini, işğaldan azad edilmiş ərazilərinsürətlə bərpasını və buradakı #iqtisadi potensialın hərəkətəgətirilməsini təmin edir.

"Ölkəmizin dünyada və regionda strateji nəqliyyat habı kimiəhəmiyyətinin artması da sosial-iqtisadi faydaları vəperspektivləri genişləndirir. Bank-maliyyə sektorunda və monetarsferada sistemli islahatların həyata keçirilməsi hesabına möhkəmsabitlik təməllərinin yaradılması, büdcə qaydalarının effektivtətbiqi, iqtisadiyyatda şəffaflıq və hesabatlılığa əsaslanan köklüvergi islahatlarının həyata keçirilməsi, habelə dövlətsatınalmalarının şəffaflaşdırılması və bu sahədə proseslərinrəqəmsallaşdırılması fonunda strateji valyuta ehtiyatlarınınəhəmiyyətli dərəcədə böyüməsi Azərbaycanın qlobal reytinqgöstəricilərini yüksəldən əsas məqamlardandır", - deyə M.Cabbarovvurğulayıb.

Onun sözlərinə görə, makrofiskal dayanıqlığın güclənməsiamilləri ilə yanaşı, ölkə iqtisadiyyatında dayanıqlı inkişafındigər təməl şərtlərinin - investisiya və biznes mühitininkeyfiyyətinin daha da yüksəldilməsi xarici investorlar üçüncəlbediciliyi artırır, iqtisadi inkişaf perspektivlərini daha dagücləndirir və şaxələnməyə xidmət edən böyük investisiyalayihələrinin həyata keçirilməsinə münbit zəmin yaradır.

Dövlət başçısı İlham Əliyevin (@azpresident) rəhbərliyi ilə#Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və inkişafı sahəsindəəldə edilən nailiyyətlər beynəlxalq səviyyədə bir daha öz təsdiqinitapır. “Moody’s” (@moodysratings) Beynəlxalq Reytinq AgentliyininAzərbaycanın kredit reytinqini “Baa3” səviyyəsinə – #investisiyakateqoriyasınadək yüksəltməsi, başlıca olaraq, #qeyrineft-qazsektorunun inkişafı, bu sahədən əldə olunan gəlirlərin sürətləartması və dövlət büdcəsinin neft-qaz gəlirlərindən asılılığınınəhəmiyyətli dərəcədə azalmasına əsaslanır.

Həyata keçirilən islahatlar ölkəmizdə makroiqtisadi sabitliyi vəfiskal dayanıqlığı, #iqtisadiyyat-ın şaxələnməsinin dərinləşməsini,işğaldan azad edilmiş ərazilərin sürətlə bərpasını və buradakı#iqtisadi potensialın hərəkətə gətirilməsini təmin edir. Ölkəmizindünyada və regionda strateji nəqliyyat habı kimi əhəmiyyətininartması da sosial-iqtisadi faydaları və perspektivlərigenişləndirir.

Bank-maliyyə sektorunda və monetar sferada sistemli islahatlarınhəyata keçirilməsi hesabına möhkəm sabitlik təməllərininyaradılması, büdcə qaydalarının effektiv tətbiqi, iqtisadiyyatda#şəffaflıq və hesabatlılığa əsaslanan köklü #vergi islahatlarınınhəyata keçirilməsi, habelə dövlət satınalmalarınınşəffaflaşdırılması və bu sahədə proseslərin #rəqəmsallaşdırılma-sıfonunda strateji valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədəböyüməsi Azərbaycanın qlobal reytinq göstəricilərini yüksəldən əsasməqamlardandır.

Makrofiskal dayanıqlığın güclənməsi amilləri ilə yanaşı, ölkəiqtisadiyyatında dayanıqlı inkişafın digər təməl şərtlərinin -investisiya və #biznes mühitinin keyfiyyətinin daha dayüksəldilməsi xarici investorlar üçün cəlbediciliyi artırır,iqtisadi inkişaf perspektivlərini daha da gücləndirir vəşaxələnməyə xidmət edən böyük investisiya layihələrinin həyatakeçirilməsinə münbit zəmin yaradır.

Seçilən
2
50
az.trend.az

10Mənbələr