AZ

Siqaret çəkməyən insanlarda da ağciyər xərçəngi halları artıb

Mütəxəssislərin açıqlamasına görə, siqaret çəkməyən insanlarda da ağciyər xərçəngi halları artıb. 

Sherg.az xəbər verir ki, ABŞ alimlərinin apardığı araşdırma nəticəsində məlum olub ki, yüksək hava çirkliliyinə məruz qalan şəxslərin genetik materialında zərərli mutasiyalar yaranır. Xüsusilə PM2.5 adlı zərərli toz hissəcikləri, tənəffüs yollarına asanlıqla daxil olaraq DNT-yə ziyan vurur və xərçəng riskini artırır.

Mütəxəssislər, hava çirkliliyinin qlobal sağlamlıq böhranına çevrildiyini və siqaret çəkməyənlərin də risk altında olduğunu bildirir. Tədqiqat nəticələrinə görə, dünyada hər il minlərlə insan bu səbəbdən həyatını itirir.
Seçilən
1
3
sherg.az

10Mənbələr