Rusiya ordusu son 24 saat ərzində Xarkov şəhəri və eyniadlı bölgənin 13 yaşayış məntəqəsinə zərbələr endirib.
Referans xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat paylaşıb.
Bildirilib ki, hücum nəticəsində 2 nəfər ölüb, 11-i yaralanıb.
Məlumata görə, Xarkova hücumda PUA-lardan, idarə olunmayan hava raketlərindən istifadə olunub.
Paralel olaraq, Ukrayna orudusunun ayrı-ayrı mexanikləşdirilmiş briqadadan ehtiyatlarının Xarkov istiqamətinə köçürüldüyü bəlli olub.
“Onlar rus qoşunlarının irəliləməsini dayandırmağa çalışır”, – deyə qeyd edilib.//Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta