AZ

Husilər İsrailin beynəlxalq hava limanını vurdu

Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatı İsrailin Təl-Əviv şəhərində yerləşən Ben Qurion hava limanına hipersəsli ballistik raketlə zərbə endirdiyini açıqlayıb.

Bakues.az xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Sariə “Əl-Məsirə” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, “Fələstin-2” adlı hipersəsli raketlə həyata keçirilən əməliyyat uğurla icra olunub və nəticədə hava limanının fəaliyyəti qısa müddətə dayandırılıb.

İsrail Müdafiə Ordusu isə hücumla bağlı fərqli məlumat yayıb. Ordunun açıqlamasında bildirilir ki, Yəmən istiqamətindən atılan raket hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Hadisə ilə əlaqədar ölkənin bəzi bölgələrində hava hücumu siqnalları işə salınıb.

Hazırda hücumun dəqiq nəticələri və infrastruktura dəymiş mümkün ziyanla bağlı rəsmi təsdiq yoxdur. İsrail tərəfi hadisəni araşdırmaqda davam edir.

Seçilən
0
15
icma.az

10Mənbələr