AZ

Husilər "Ben Qurion" hava limanına hipersəsli ballistik raketlə hücum ediblər

Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatı İsrailin Təl-Əviv şəhərində yerləşən Ben Qurion hava limanına hipersəsli ballistik raketlə zərbə endirdiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Saria “Əl-Məsirə” telekanalına bildirib.

“Fələstin-2” adlı iki hipersəsli raketlə həyata keçirilən əməliyyat uğurla icra olunub və nəticədə hava limanının fəaliyyəti qısa müddətə dayandırılıb", - o qeyd edib.

Bazar günü gecə İsrail Müdafiə Ordusu Yəməndən İsrail ərazisinə doğru atılan raketi aşkarladığını bildirib. Sonra raketin zərərsizləşdirildiyi qeyd olunub.

Seçilən
0
14
musavat.com

10Mənbələr