AZ

Rüşvət alan 18 dövlət məmurunun GÖRÜNTÜLƏRİ yayıldı – ANBAAN VİDEO

İstanbulun Beylikdüzü bölgəsində genişmiqyaslı rüşvət əməliyyatı çərçivəsində 18 vergi müfəttişi və dövlət məmuru həbs edilib.
 
Moderator.az xəbər verir ki, istintaqı İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi, Böyükçekmece Respublika Prokurorluğunun təlimatı ilə həyata keçirib.
 
Araşdırmalar nəticəsində 22 nəfər saxlanılıb, onlardan 16-sı “rüşvət alma və vermə”, “dələduzluq”, “informasiya sisteminə müdaxilə” və “cinayət təşkilatı yaratmaq” ittihamları ilə məhkəmə qərarı ilə həbs olunub. Əməliyyat zamanı sənədsiz silah, 3500 dollar və rəqəmsal materiallar ələ keçirilib.
 
İstintaq materiallarında bəzi vergi müfəttişlərinin, dövlət məmurlarının və şirkət nümayəndələrinin vergi yoxlamaları ilə bağlı icazəsiz müdaxilələr etdiyi, cəza qorxusu ilə şirkətlərdən yüksək məbləğdə rüşvət tələb etdiyi müəyyən edilib. Təhlükəsizlik kameralarında isə müfəttişlərin rüşvət danışıqları və pulların təhvil verilmə anları qeydə alınıb.
 
İş üzrə 3 şübhəli də axtarışdadır. Hadisə ilə bağlı istintaq davam edir.

 

 
Seçilən
5
26
moderator.az

10Mənbələr