AZ

Bakıda qəza: Sürücünün halı pisləşdi, avtomobil beton arakəsməyə çırpıldı

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində MİDA evləri yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisəyə səbəb sürücünün səhhətinin pisləşməsi olub.
 

Belə ki, vəziyyəti pisləşən sürücü idarəetməni itirib və avtomobil beton arakəsməyə çırpılıb. Hadisə yerinə gələn xilasedicilər bağlı qalan maşının şüşələrini sındıraraq sürücünü xilas ediblər.


Əraziyə Təcili Tibbi Yardım briqadası cəlb olunub. (Oxu.az)

Bizim.Media

Seçilən
7
50
bizim.media

10Mənbələr