AZ

Xamenei müharibədən sonra ilk dəfə üzə çıxdı - Foto

ABŞ və İsrail tərəfindən təhdid edilən İranın ali lideri Ayətullah Əli Xamenei İsraillə müharibədən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb və Aşura mərasimində iştirak edib...

Musavat.com İran mediasına istinadən xəbər verir ki, bu haqda Xamneyinin sosial media hesabında paylaşım edilib.

Xamneyi zala daxil olarkən orada olanlar: “Damarımızdakı qan rəhbərimizə hədiyyədir” - şüarını səsləndiriblər.

Xameneyinin ortaya çıxması dünya mediasında geniş müzakirələrə səbəb olub.

İranın ali rəhbəri Əli Xameneyinin üç həftəlik fasilədən sonra ictimaiyyət qarşısına çıxması və Aşura matəm mərasimində iştirak etməsi dünya mediasında geniş əks-səda doğurub.

İsrail mediası da Xameneyinin iştirakı ilə baş tutan mərasimi işıqlandırıb.

Poliqon.info

Seçilən
3
46
poliqon.info

10Mənbələr