Misli Premyer Liqasının debütantı "İmişli” rəhbərliyi növbəti transferini gerçəkləşdrib.
Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi əvvəllər bu klubda çıxış etmiş hücumçu İbrahim Əliyevi heyətə qatıb.
Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "İmişli" rəhbərliyi bundan öncə Ronaldo Rodriqes və Azər Salahlını transfer etmişdi. Əvəzində 2024/2025 mövsümü başa çatdıqdan sonra komandadan 11 futbolçu yola salınıb.