ain.az, Sportal.az portalına istinadən məlumat yayır.
PSJ-nin futbolçusu Bredli Barkola üçün kluba bir çox təklif gəlib.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, Paris klubu fransızı satmaq istəmir.
Amma futbolçu özü getmək istəyəcəyi təqdirdə, Fransa nəhəngi onu satmağa məcbur qalacaq.
"Real", "Bavariya" və "Barselona"nın transfer siyahısında yer alan Barkola son mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə 58 oyuna çıxaraq, 21 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
22 yaşlı futbolçunun PSJ ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.