AZ

Xıdırlı kəndində tikilən yeni məktəbdə şagirdlər üçün hərtərəfli şərait yarıdılıb - FOTO

Ağdam rayonunun Xıdırlı kəndində məskunlaşacaq əhali üçün tələbata uyğun inşa olunan körpələr evi-uşaq bağçası 120 yerlikdir. Binada qrup otaqları, musiqi otağı, idman zalları sakinlərin ixtiyarına veriləcək. Burada uşaqların özlərini rahat və qayğısız hiss etmələri, onların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün zəruri şərait mövcuddur. Uşaq bağçasının ətrafında yaşıllıq zolaqları salınıb, idman və oyun meydançaları, söhbətgahlar yaradılıb. Binanın damında Günəş panelləri quraşdırılıb.

Trend xəbər verir ki, bu sözləri "Prezidentin izi ilə" ənənəvi media turda iştirak edən jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Leyla Sərabi bildirib.

Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı ilə açılış mərasimi keçirilmiş Xıdırlı kəndindəki klub-icma mərkəzi də inşa olunub. Binada 190 yerlik akt zalı, bufet, rəqs məşqləri, dərnək otaqları və digər inzibati otaqlar yaradılıb. Klub-icma mərkəzində Xıdırlı kəndi ilə bağlı müxtəlif sosial və mədəni tədbirlərin, habelə el şənliklərinin və digər mərasimlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılıb.

L.Sərabi həmçinin Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbi haqqında da media nümayəndələrinə ətraflı məlumat verib:

"528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qoyulub. Məktəbin binası 5 blokdan, o cümlədən idman zalı blokundan ibarətdir. Ərazisi 2,7 hektar olan məktəb binasında 21 sinif, 2 məktəbəqədər hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi hazırlıq otaqları, 3 laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana və digər sahələr yaradılıb. Təhsil müəssisəsinin maddi-texniki bazası şagirdlərə biliklərə yüksək səviyyədə yiyələnmək üçün hərtərəfli şərait yaradır. Məktəbin ərazisində həm şagirdlərə, həm də əhaliyə xidmət göstərəcək qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri inşa edilib", - deyə L.Sərabi bildirib.

  • Xıdırlı
  • Xıdırlı
  • Xıdırlı
  • Xıdırlı
  • Xıdırlı
  • Xıdırlı
  • Xıdırlı
  • Xıdırlı
  • Xıdırlı
  • Xıdırlı
  • Xıdırlı
  • Xıdırlı
  • Xıdırlı
  • Xıdırlı
  • Xıdırlı
  • Xıdırlı
  • Xıdırlı
  • Xıdırlı
  • Xıdırlı
  • Xıdırlı
  • Xıdırlı
  • Xıdırlı
  • Xıdırlı
  • Xıdırlı
  • Xıdırlı
  • Xıdırlı
  • Xıdırlı
  • Xıdırlı
Seçilən
1
50
day.az

10Mənbələr