AZ

İmtahan depressiyasına düşməmək üçün: Psxioloqlardan rahat MƏSLƏHƏT

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda ali və orta ixtisas məktəblərinə qəbul prosesi davam edir.

Avqustun ilk ongülüyündən isə ixtisas seçiminə start veriləcəyi gözlənilir. İmtahanlar həm də narahatlıqla müşayiət olunur. Belə ki, qəbul imtahanlarında istənilən və bəzi ixtisaslara tələb olunan səviyyədə bal toplaya bilməyən abituriyentlər depressiyaya düşür, hətta bəzən intihara cəhd edirlər. Ətrafdan onlara müdaxilə də belə halların daha tez-tez baş verməsini şərtləndirir. 

Psixoloqlar qeyd edirlər ki, uşaqların depressiayay düşməsinin qaarşısını almaq üçün idmanın böyük əhəmiyyəti var.  

“Cebheinfo.az” xəbər verir ki, yeni araşdırma da müntəzəm idmanın əhval pozğunluğundan əziyyət çəkən uşaq və yeniyetmələr üçün ən yaxşı müalicə üsullarından biri olduğunu müəyyən edib.

Alimlər müəyyən ediblər ki, uşaqlar strukturlaşdırılmış məşq proqramlarında iştirak etdikdə, narahatlıq və depressiya azalır.

Onlar 5-18 yaş arası 38.000-dən çox uşağın iştirak etdiyi 375 klinik sınaqdan əldə edilən məlumatları təhlil ediblər. Nəticələrə görə, iştirakçılar ağırlıq qaldırma kimi aşağı intensivlikli güc məşqləri etdikdə narahatlıq səviyyəsi azalıb.

Aerobik və güc məşqlərini birləşdirən orta intensivlikli məşqlə depressiv simptomlar yaxşılaşdı. İştirakçıların həftədə 1 və ya 3 gün məşq etməsindən asılı olmayaraq faydalar əhəmiyyətli idi.

Psixoloqların dediyinə görə, bu nəticələr idmanın antidepresanlar kimi dərmanlardan istifadə etmədən uşaqların əhval-ruhiyyəsini yaxşılaşdırmağa kömək edə biləcəyini göstərir.

Ona görə də valideynlərə məsləhət görülür ki, həm fiziki, həm də ruhi sağlamlığı təmin etmək üçün kiçik yaşlardan övladlarını idmana yönləndirsinlər.

Xəzər

“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
11
cebheinfo.az

10Mənbələr