AZ

"Qalatasaray" diqqətini İtaliya A Seriyasına yönəldib

Fernando Musleranın gedişindən sonra yeni qapıçı axtarışında olan "Qalatasaray" diqqətini İtaliya A Seriyasına yönəldib.

İdman.biz xəbər verir ki, Türkiyə çempionu 2022-ci ildən "Roma"nın qapısını qoruyan serbiyalı Mile Svilar ilə maraqlanır.

"La Repubblica"nın məlumatına görə, "Qalatasaray" 25 yaşlı futbolçuya illik 6 milyon avro məbləğində maaş təklif edir.

Amma "Roma"nın da klubla 2027-ci ilə kimi müqaviləsi olan və 2024/25 mövsümündə A Seriyasının ən yaxşı qapıçısı seçilən Sviları heyətində saxlamaq niyyətində olduğu bildirilir.

"Qalatasaray"ın "İnter"in 36 yaşlı isveçrəli qolkiperi Yann Zommerlə maraqlandığı barədə də xəbərlər var.

İdman.biz

Seçilən
8
50
idman.biz

10Mənbələr