AZ

Həmin rəqəm səhvən 5000 əvəzinə 3000 göstərilib – DİM


“Magistr” jurnalının 4-cü nömrəsində düzəliş edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, jurnalın 46-cı səhifəsində  Bakı Ali Neft Məktəbinin “248279 Biznesin təşkili və idarə edilməsi (MBA proqramı üzrə) - Maliyyə (MBA, tədris ingilis dilində)” ixtisaslaşmasının təhsil haqqı texniki səbəblərdən səhvən 5000 əvəzinə 3000 göstərilib.
“Qeyd olunan ixtisaslaşma üzrə təhsil haqqı 5000 manatdır. Bakalavarların nəzərinə çatdırırıq ki, magistraturaya ixtisaslaşma seçimi 7 – 13 iyul tarixlərində həyata keçiriləcək”, - məlumatda deyilir.
Seçilən
9
5
yeniavaz.com

10Mənbələr