AZ

Mask Trampa münasibətini dəyişdirən səbəbi açıqladı

"ABŞ Prezidenti Donald Trampın ölkənin büdcə kəsirinin artmasına səbəb olan siyasətinə görə ona münasibətimi dəyişdim".
 
Moderator.az xəbər verir ki, bunu amerikalı sahibkar İlon Mask "X" sosial şəbəkə hesabında istifadəçilərdən birinin Trampa münasibətini dəyişməsinin səbəbini soruşmasına cavab olaraq yazıb.
 
"Kəsiri ABŞ-nin keçmiş prezidenti Co Baydenin dövründə əldə edilmiş 2 trilyon dollardan 5 trilyon dollara artırmaq ölkəni iflasa aparacaq" , - deyə o vurğulayıb.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Donald Tramp vergilərin azaldılmasını və dövlət borcunun yuxarı həddinin artırılmasını nəzərdə tutan dövlət xərcləri haqqında qanun layihəsini imzalayıb.
Seçilən
0
41
moderator.az

10Mənbələr