AZ

Tramp böyük tariflərin qüvvəyə minmə müddətini uzatdı

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp bazar ertəsidən etibarən Ağ Evin ABŞ-a mal ixrac edən ölkələrə idxal rüsumlarının səviyyəsini əks etdirən məktublar göndərməyə başlayacağını bildirib.

"Ölkə.az" xəbər verir ki, o, məktubları hansı ölkələrin alacağını və hansı tariflərin təyin olunacağını dəqiqləşdirməyib.

Tramp yalnız onu qeyd edib ki, məktublarda göstərilən tariflər avqustun 1-dən qüvvəyə minəcək və onlardan bəziləri 70 faizə çata bilər. Bu, faktiki olaraq, iyulun 9-dan qüvvəyə minməli olan tariflərin avqustun 1-dək ertələnməsi deməkdir. Halbuki ötən həftə Tramp iyulun 9-nun son tarix olduğunu açıqlamışdı.

Xatırladaq ki, aprelin 2-də ABŞ prezidenti 185 ölkədən idxala tarifləri qaldırıb, lakin bir həftə sonra qərarın icrasını 90 gün müddətinə - iyulun 9-dək dayandırıb. 85 gün ərzində cəmi 3 ölkə ilə ticarət sazişi bağlanıb - Böyük Britaniya, Çin və Vyetnam.

Mayın ortalarında Tramp bildirib ki, sövdələşmələrə ehtiyac yoxdur, bunun əvəzinə ABŞ ticarət tərəfdaşlarına tədarük etdikləri malların tariflərini göstərən məktublar göndərəcək.

ABŞ-la razılaşma əldə edə bilməyənlər arasında Avropa İttifaqı, Yaponiya, Hindistan kimi böyük ticarət tərəfdaşları var.(musavat.com)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
13
olke.az

10Mənbələr