AZ

FETÖ üzvü dəfn mərasimində GÖRÜNDÜ

FETÖ üzvü olmaqda ittiham olunan və 2015-ci ildən bəri Almaniyada gizlənən keçmiş prokuror Zekeriya Öz Hollandiyada vəfat edən Muhammed Yakutun dəfn mərasimində ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, Öz Almaniyada keçirilən vida mərasimində Yakutun tabutunu daşıyanlar arasında olub. Hər iki şəxs barəsində "qırmızı bülletenlə" axtarış elan edilib.

Muhammed Yakut bir müddət əvvəl YouTube-da paylaşdığı iddialarla gündəmə gəlmiş, daha sonra Hollandiya polisi tərəfindən həbs olunmuşdu. O, 62 günlük həbsdən sonra sərbəst buraxılsa da, ertəsi gün gecə klubunda ürək tutmasından vəfat etmişdi.

Yakutun cənazəsi Almaniyadan İstanbula göndəriləcək, Ataşehirdəki məsciddə namaz qılındıqdan sonra Beykozda dəfn olunacaq.

Zekeriya Öz kimdir?
1968-ci ildə Bursada doğulan Öz, İstanbul Universitetinin Hüquq fakültəsini bitirib. 1997-ci ildə hakim və prokuror imtahanını keçərək prokurorluq fəaliyyətinə başlayıb. 2007-ci ildən Ergenekon istintaqını aparan əsas prokurorlardan biri olub. 2015-ci ildə FETÖ ilə əlaqəsinə görə vəzifədən uzaqlaşdırılıb və haqqında həbs qərarı çıxarılıb. O, həbs qərarından əvvəl Türkiyədən qaçaraq Almaniyaya sığınıb.

Seçilən
11
3
far.az

10Mənbələr