AZ

Liverpul un mövsümöncəsi məşqi təxirə salınıb

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Liverpul" futbolçusu Dieqo Jotanın ölümü ilə əlaqədar mövsümöncəsi məşqi təxirə salıb.

QOL.az xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.

Komanda klubun bazasına iyulun 4-də gəlməli və təlim-məşq toplanışına iyulun 8-də start verilməli idi. Hazırda mersisaydlıların mövsümöncəsi hazırlığının nə vaxt başlayacağı ilə bağlı məlumat yoxdur.

Xatırladaq ki, iyulun 3-də İspaniyanın Samora əyalətində baş verən yol qəzası nəticəsində 28 yaşlı Diogo Jota və 26 yaşlı qardaşı Andre dünyasını dəyişib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
18
qol.az

10Mənbələr