AZ

FHN nin keçmiş vəzifəli şəxsi vəfat etdi

Pravda.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

FHN-in keçmiş baş müfəttişi Ağayev Məmmədmirzə vəfat edib. Ajans.az xəbər verir ki, uzun illər Fövqəladə Hallar Nazirliyində (FHN) baş müfəttiş və məsləhətçi vəzifələrində çalışmış, Bakıda yaşayan Salyan sakini Ağayev Məmmədmirzə (Babaş) Şirinbala oğlu 68 yaşında ürək çatışmazlığından vəfat edib.

Mərhumun vəfat xəbəri yaxınları və dostları tərəfindən dərin kədər hissi ilə qarşılanıb.

Qeyd edək ki, mərhumun dəfn mərasimi bu gün Salyan rayonunda, yas mərasimi isə Bakıda keçiriləcək.

Allah rəhmət eləsin.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
50
pravda.az

10Mənbələr