ain.az, Olke.az portalına istinadən məlumat yayır.
Almaniya Ukraynaya ən azı iki əlavə Patriot zenit-raket kompleksinin tədarükü ilə bağlı Amerika Birləşmiş Ştatları ilə danışıqlar aparır.
"Ölkə.az" xəbər verir ki, məlumatı Bloomberg yayıb. Qeyd olunur ki, Almaniya kansleri Fridrix Merz xüsusilə Ukraynanı daha çox hava hücumundan müdafiə sistemləri ilə necə təmin edəcəyini müzakirə etmək üçün ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Məsələ ilə tanış olan məmur nəşrə bildirib ki, Merz hökuməti Ukraynaya iki əlavə Patriot sistemi, o cümlədən tutucu raketlər verməyə və çatdırılma ilə bağlı bütün xərcləri ödəməyə hazırdır.
Rəsminin sözlərinə görə, tədarüklər Almaniya və ABŞ arasında ikitərəfli razılaşma sayəsində mümkün olacaq. O əlavə edib ki, Berlin bir neçə həftə əvvəl Vaşinqtona belə bir razılaşma təklif edib. İndi qərarı Pentaqonun rəhbəri Pit Heqset veməlidir: "Almaniya aylardır ABŞ-a təzyiq edir ki, Ukraynaya hava hücumundan müdafiə sistemindəki boşluğu aradan qaldırmağa kömək etmək üçün ən azı bir Patriot sistemi versin. Rusiya hücumlar silsiləsini gücləndirir. Tramp NATO üzvü olan dövlətlərdən öz müdafiələri üçün daha çox pul ödəmələrini tələb etməklə yanaşı, Avropa ölkələrini Ukraynaya hərbi dəstək vermək yükünü daha çox çiyninə götürməyə çağırıb. Ukrayna şəhərlərinə hücumlarını gücləndirir”.
Nəşr əlavə edir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius iyulun 14-15-də Vaşinqtona səfər edəcək və orada amerikalı həmkarı ilə danışıqlar aparacaq. Müdafiə Nazirliyinin sözçüsünə görə, Patriot sistemləri də gündəmdə olacaq: "Bu günə qədər Almaniya öz ehtiyatlarından Ukraynaya üç Patriot sistemi göndərib. Bu, Berlinin arsenalının dörddə biri və ABŞ-ın Kiyevə göndərdiyi Patriot batareyalarından daha çoxdur. Almaniya həmçinin Avropa İttifaqının hava hücumundan müdafiə, quru və dəniz sistemləri ilə bağlı birgə layihələrinə rəhbərlik etməyi təklif edib”.(musavat.com)
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.