AZ

İsrail paytaxtının hava limanı raket atəşinə məruz qalıb

Yəmənin qiyamçı "Ənsar Allah" hərəkatından olan husilər hipersəsli ballistik raketdən istifadə edərək Təl-Əvivdəki Ben Qurion hava limanına zərbə endiriblər.
 
Bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin sözçüsü Yəhya Sariya "Al Masirah" telekanalının efirində deyib.
 
"Raket qoşunlarının keçirdikləri hərbi əməliyyat zamanı "Fələstin-2" tipli hipersəsli ballistik raketdən istifadə edilərək Ben Qurion aeroportuna zərbə endirilib" , - deyə o vurğulayıb.
 
Sariya qeyd edib ki, əməliyyat məqsədinə uğurla nail olub, hücum nəticəsində hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. /Oxu.az/
Seçilən
3
12
moderator.az

10Mənbələr