Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda səhər saatlarında zooparkdakı şirlərdən biri qəfəsindən qaçıb.
Publika.az Türkiyə mətbuatında istinadən xəbər verir ki, şir 53 yaşlı Süleyman Kır adlı şəxsə hücum edərək ona ağır xəsarət yetirib.
Hazırda “Zeus” adlı şirin axtarışları davam edir. Polis bölgəyə giriş-çıxışları dayandırıb.