Ronaldonun bacısı qardaşının Dioqo Jotanın dəfnində iştirak etməməsindən sonra ona yönələn tənqidlərə reaksiya verib.
Publika.az xəbər verir ki, Katya Aveyro bu barədə “Instagram”da yazıb.
Yol qəzasında həlak olan “Liverpul”un və Portuqaliya yığmasının hücumçusu Dioqo Jota və qardaşı Andre Silvanın dəfn mərasimi olub.
Bildirilib ki, Ronaldon mediada qeyri-sağlam alovlanma və dünyasını dəyişən futbolçuların ailələrinə təzyiqlərdən qaçmaq üçün mərasimə qatılmayıb. “A Bola”nın məlumatına görə, “Əl-Nəsr”in oyunçusu Jotanın yaxınları ilə əlaqə saxlayıb və onlar birlikdə belə qənaətə gəliblər ki, bu vəziyyətdə ən yaxşı qərar budur.
“Atam vəfat edəndə, itki acısının üstünə, qəbiristanlıqda və getdiyimiz hər yerdə kameraların və maraqlı izləyicilərin seli ilə qarşılaşmalı olduq. Və diqqət indiki kimi deyildi, giriş baxımından… Bizim uşaqların kilsəni tərk etmək imkanı yox idi.
Dəfn mərasimində o vaxt milli komandanı çalışdıran Luis Felipe Skolari, prezidentlər, məşqçiləri və s. var idi. Onlardan hansısa birini gördüyümü xatırlamıram. Ağrı məni kor etmişdi.