AZ

Sirlər indi açılır: İran İsrailin bu obyektlərini dağıdıbmış

İran 12 günlük müharibə zamanı bir neçə İsrail hərbi bazasına zərbələr endirib.

"Ölkə.az" xəbər verir ki, bu barədə döyüşlərin təsirlərini aşkar etmək üçün peyk radar görüntülərini təhlil edən Oreqon Dövlət Universitetinin alimləri bildiriblər.

Onların məlumatına görə, İranın 6 raketi İsrailin şimalında, cənubunda və mərkəzində yerləşən hərbi hədəfləri, o cümlədən böyük hava bazası, radioelektron kəşfiyyat mərkəzi və logistik bazanı vurub.

BBC xəbər verir ki, İDF tərəfindən sərt senzura tətbiq edildiyi üçün bu xəbər ictimaiyyətə açıqlanmayıb. İsrail hərbi rəsmiləri İranın zərbələri nəticəsində dəyən zərərlə bağlı şərh verməkdən imtina edərək, yalnız "bütün müvafiq bölmələrin əməliyyat boyu döyüşə hazır vəziyyətdə olduğunu" deyiblər.(Publika.az)

Seçilən
10
50
olke.az

10Mənbələr