İyulun 6-da Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Hakimiyyet.az ” xəbər verir ki, Vətən müharibəsi şəhidi Fərid Nəbiyevin atası Kamran Nəbiyev ona məxsus “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb.
Hadisə nəticəsində sürücü K.Nəbiyəv aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Fərid Nəbiyev Prezident İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
***
Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hakimiyyet.az "Report"a istinadla xəbər verir ki, yol qəzası rayonun Qazaxbəyli kəndi ərazisində qeydə alınıb.
Rayon sakini Kamran Nəbiyev “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəqliyyat vasitəsi aşıb.
Hadisə nəticəsində sürücü K.Nəbiyev aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.