AZ

50 tender udub, 15 milyonluq mebel satsa da, gəlirləri və mənfəəti azalıb – HESABAT

Mebel istehsalçısı olan «Qardaşlar Mebel» 2024-cü ilin nəticələrini açıqlayıb.

FED.az xatırlaır ki, «Qardaşlar Mebel» mebel istehsalı  satışı ilə məşğuldur. Şirkətin yeganə sahibi səhmlərin 100% sahibi Əli Mirzəyev Məmməd oğludur. 

Ötən il şirkətin satışları, gəlirləri və mənfəəti əvvəlki illə müqayisədə aşağı düşüb.

Hesabata əsasən 2024-cü ildə «Qardaşlar Mebel» 14 milyon 919 min manatlıq mebel satışı edib. Bu 2023-cü illə müqayisədə 87 min manat daha azdır.

2024-cü ildə şirkətin inzibati xərcləri 700 min manatdan çox artaraq 4 milyon manata yaxınlaşıb.

Əməliyyat xərclərində isə 600 min manat azalma baş verib.

Nəticədə 2024-cü ildə «Qardaşlar mebel»in əməliyyat mənfəəti 300 min manat azalaraq 1 milyon 276 min manata enib.

İlin nəticələrinə görə, şirkətin ödədiyi mənfəət vergisi də aşağı düşüb – 2023-cü ildəki 310 min manata qarşı, 2024-cü ildə 255 min manat.

Nəticədə ilin sonunda xalis mənfəət 220 min manat azalaraq 1 milyon 20 min manat təşkil edib.

2024-cü ilin yekunlarına görə şirkətin aktivləri 8 milyon 760 min manat olub. Bunun böyük hissəsi cəmi kapitaldır – 8,2 milyon manat.

Maraqlıdır ki, 15 milyon manatlıq satış edən şirkətin əsas vəsaitlərinin – torpaq, tikili və dəhgahlarının dəyəri 800 min manatdan da aşığıdır. Üstəlik amortizasiya nəticəsində şirkətin ümumi əmlakının qiyməti 2023-cü ildə 820 min manatdan 2024-cü ilin sonuna 760 min maata enib.

Öhdəliklərə gəlincə «Qardaşlar Mebel»in 318 min manat vergi öhdəliyi yığılıb – 2023-cü ildən bəri bu rəqəm 100 min manata yaxın artıb. Eyni zamanda şirkət 2024-cü ildə 200 min manatdan artıq borc götürüb, ilin sonuna kredit borcu 230 manatdır.

«Qardaşlar Mebel»in hesabatından məlum olur ki, şirkətin il ərzində 15 milyon manata çatan satışlarının ciddi hissəsi dövlət qurumlarına edilib – il ərzində şirkət 50-dən artıq tenderin qalibi olub.

Şirkətin əsas tender sifarişçiləri Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, Müdafiə Nazirliyi və başqa qurumlardır.

505050
Seçilən
1
44
fed.az

10Mənbələr