Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə 2025-ci il iyulun 6-da Azərbaycan Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün Mərkəzin elektron imtahanlar korpusunda test imtahanı keçirib.
Bu barədə Publika.az-a DİM-dən bildirilib.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahanda 410 namizəd iştirak edib. Ümumilikdə, 196 nəfər (Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzrə 191, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzrə 5) tələb olunan şərtləri ödəyərək növbəti mərhələyə buraxılıb.