AZ

Sabah 1584 taksi sürücüsü imtahan verəcək

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi taksi minik avtomobili sürücüləri üçüniyulun 8-də imtahan keçirəcək.

Trendxəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmək üçün 1584 nəfərqeydiyyatdan keçib.

İmtahanın keçirilməsi üçün 20 imtahan rəhbəri, 104 nəzarətçi və6 buraxılış rejimi əməkdaşı ayrılıb.

İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri,Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı), həmçinin Gəncəvə Bərdə Regional Bölmələrində keçiriləcək. İmtahan 1 saat davamedir. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçünayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malikolacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytınayerləşdiriləcək.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlaraburaxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çapedə bilərlər. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndəgöstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.

İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" vəşəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilənsənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqdanamizəd imtahana buraxılmayacaq.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı vəavtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativhüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığınproqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hərtapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablardüzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox baltoplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar vəonlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdimediləcəkdir.

“Yaddaş kitabçası” ilə buradan tanış ola bilərsiniz. İmtahaniştirakçılarından xahiş edirik ki, kitabça ilə mütləq tanışolsunlar.

Seçilən
2
9
az.trend.az

10Mənbələr