AZ

Taksi sürücüləri üçün keçirilən növbəti imtahana qeydiyyat başladı

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş və şəhadətnaməalmaq istəyən taksi minik avtomobili sürücüləri üçün iyulun 22-dənövbəti imtahan keçirəcək.

Trendxəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmək üçün Dövlət İmtahanMərkəzinə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərinməlumatları təqdim olunub.

Həmin şəxslər 7 iyul saat 11:30-dan 11 iyul saat 18:00-dəkqeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-ininternet saytında (https://ekabinet.dim.gov.az/)“Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək“Taksiminik avtomobillərinin sürücülərinin etik davranış və avtomobilnəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqiaktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə testimtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsiləqeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesabalazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlaryuxarıdakı keçidə yerləşdirilib.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet”yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştiraketmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavəetməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyənnamizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Test imtahanı DİM-in elektron imtahanlar korpusunda (Bakışəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı), Gəncəvə Bərdə Regional Bölməsində keçiriləcək. Namizədlər “İmtahanaburaxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra,imtahana 3 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri vənəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.

İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanınamizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı iləsərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dairAzərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyitərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinətəsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanımüvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətindəetibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.

Seçilən
11
8
az.trend.az

10Mənbələr