İsrail Nazirlər Kabineti Qəzza zolağına əlavə humanitar yardımın çatdırılmasını nəzərdə tutan yeni planı təsdiqləyib.
Musavat.com xəbər verir ki, bu barədə "The Times of Israel" hökumət rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, yardımın genişləndirilməsi beynəlxalq humanitar təşkilatlar vasitəsilə həyata keçiriləcək. BMT-nin Ümumdünya Ərzaq Proqramının direktor müavini Karl Skau bildirib ki, İsrail hakimiyyəti Qəzzanın şimalına gündəlik 100 yük maşını ərzaq buraxmağa razılıq verib.
Lakin Skau qeyd edib ki, Erez keçidi silahlı döyüşçülərin yük maşınlarını ələ keçirməsi xəbərlərindən sonra bağlanıb. Onun sözlərinə görə, atəşkəsin elan olunacağı halda, ertəsi gün 500–600 yük maşını ilə yardımın bölgəyə çatdırılması mümkündür.
Musavat.com