AZ

Rusiya vətəndaşları bu pasportları dəyişməlidirlər - göstəriş verildi

Rusiya vətəndaşının xəstəliyə və ya plastik əməliyyata görə xarici görünüşü əhəmiyyətli dərəcədə dəyişibsə, pasportu dəyişdirilməlidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Xəstəlik və ya tibbi müdaxilə nəticəsində xarici görkəmində əhəmiyyətli dəyişikliklər olarsa, pasport dəyişdirilir", - məlumatda bildirilib.

Həmçinin xatırladılıb ki, təhlükəsizlik elementlərinin pozulması, zədələnməsi səbəbindən pasportda müəyyən məlumatların olması və ya məzmunu müəyyən etmək mümkünsüzdürsə, dəyişdirilməlidir.

Milli.Az

Seçilən
0
50
milli.az

10Mənbələr