AZ

"Portu" italiyalı mütəxəssisə tapşırıldı

Portuqaliyanın "Portu" klubunun yeni baş məşqçisinin adını açıqlayıb.

"Unikal" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Françesko Farioli ilə 2027-ci ilə qədər müqavilə imzalanıb.

36 yaşlı mütəxəssis son olaraq 2024/2025 mövsümündə Niderland təmsilçisi “Ayaks”ı çalışdırıb. Amsterdam klubu mövsümü uğursuz başa vurduqdan sonra italiyalı məşqçi ilə vidalaşıb.

Qeyd edək ki, “Portu” 2024/2025 mövsümünü üçüncü pillədə bitirib.

Seçilən
10
2
unikal.az

10Mənbələr