İnternetin əsas sütunlarından biri olan domen adları (domain-lər) bəzi hallarda inanılmaz məbləğlərə satılır. Adətən aşağı qiymətlərlə əldə ediləcəyi düşünülən domenlər arasında milyonlarla dollar dəyərində olanlar da var.
Valyuta.az dünyanın ən bahalı 10 domen adını təqdim edir.
Cars.com – 872 milyon dollar
ABŞ-da avtomobil alqı-satqısı üzrə aparıcı platformalardan olan "Cars.com" 2014-cü ildə "Gannett Co." tərəfindən alınıb. Bu domen 872 milyon dollarla (təxminən 34,7 milyard ₼) birinci yerdədir.
Business.com – 350 milyon dollar
İş dünyasına yönəlmiş bu domen 2007-ci ildə "RH Donnelley" tərəfindən 350 milyon dollara satın alınıb və hazırda "Purch Group"un tərkibində fəaliyyət göstərir.
LasVegas.com – 90 milyon dollar
ABŞ-ın məşhur turizm şəhəri Las-Veqasa aid bu domen 90 milyon dollara satılıb. Saytda otellər, turlar və digər turistik xidmətlər təqdim olunur.
CarInsurance.com – 49,7 milyon dollar
Avtomobil sığortası xidmətlərinə yönəlmiş bu sayt 49,7 milyon dollara satılıb. Sahibkarı
"QuinStreet Inc." şirkətidir.
Insurance.com – 35,6 milyon dollar
Sığorta sahəsinə aid bu domen 35,6 milyon dollarlıq müqavilə ilə "QuinStreet Inc." tərəfindən alınıb.
VacationRentals.com – 35 milyon dollar
Tatil kirayə xidmətlərini əhatə edən bu domen "HomeAway Inc." şirkətinə məxsusdur və 35 milyon dollara başa gəlib.
PrivateJet.com – 30,18 milyon dollar
Özəl təyyarə xidmətləri təqdim edən bu sayt 30,18 milyon dollara "Nations Luxury Transportation" tərəfindən satın alınıb.
Voice.com – 30 milyon dollar
"Block.one" şirkəti bu domeni 2019-cu ildə 30 milyon dollara əldə edib və özünün səsli ünsiyyət platforması üçün istifadə edib.
İnternet.com – 18 milyon dollar
2009-cu ildə 18 milyon dollara satılan bu domen ABŞ-da yerləşən "QuinStreet Inc." şirkətinə məxsusdur.
360.com – 17 milyon dollar
Hazırda Çin mərkəzli fəaliyyət göstərən bu sayt 2014-cü ildə 17 milyon dollara satılıb və onlayn xidmətlər sahəsində fəaliyyət göstərir.
Sərvanə Rəmixanova