AZ

DİM "Magistr" jurnalında təhsil haqqı ilə bağlı səhvi düzəltdi

DİM "Magistr" jurnalının 4-cü nömrəsində düzəliş edib.

BAKU.WS xəbər verir ki, bu haqda Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, jurnalın 46-cı səhifəsində Bakı Ali Neft Məktəbinin "248279 Biznesin təşkili və idarə edilməsi (MBA proqramı üzrə) - Maliyyə (MBA, tədris ingilis dilində)" ixtisaslaşmasının təhsil haqqı texniki səbəblərdən səhvən 5000 əvəzinə 3000 göstərilib.

Qeyd olunan ixtisaslaşma üzrə təhsil haqqı 5000 manatdır.

Seçilən
0
8
far.az

10Mənbələr