AZ

Berezinadakı partlayışlarda "SOCAR Energy Ukraine" şirkətinin YDM-ləri ciddi zərər görüb - VİDEO » AzadMedia.az


Ukraynanın Jitomir vilayətinin Berezina kəndində partlayışlar nəticəsində Azərbaycanın "SOCAR Energy Ukraine" şirkətinə məxsus iki yanacaqdoldurma məntəqəsi ciddi zərər görüb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Kiyev-Jitomir yolunun hər iki tərəfində yerləşən yanacaqdoldurma məntəqələri kəndin təxminən bir kilometrliyindədir.

Sakinlərin bildirdiyinə görə, kəndin girişində mebel fabrikində və digər müəssisələrdə olan partlayışlar həyəcan siqnalları verilmədən, anidən baş verib. Bunun Rusiya ordusuna məxsus diversiya qrupları tərəfindən törədildiyi ehtimal olunur.
Seçilən
4
6
azadmedia.az

10Mənbələr