"Rusiyalılara Qırğızıstan vətəndaşlığının verilməsi dayandırılıb".
Oxu.Az-ın xəbərinə görə, bu barədə Qırğızıstan pasportu üzrə məsləhətçi Mixail Juxovitski öz "Telegram" kanalında bildirib.
O dəqiqləşdirib ki, yanvarın 24-dən sonra təqdim edilən ərizələr üzrə pasportlar alına bilməz. Toyuqlu pizza
"İndi Qırğızıstan vətəndaşlığını almaq mümkün deyil. Heç bir pulla almaq olmaz.. Və bunu bütün icraçılar, vasitəçilər, məmurlar bilirlər - onlar qəsdən dələduzluq üçün pul yığırlar", - deyə o vurğulayıb.
Juxovitskinin sözlərinə görə, bu ilin yanvarından Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyi bir nəfərin də ərizəsini təsdiq etməyiblər.
Telegram kanalımız