BAKI, 6 iyul. TELEQRAF
Moldovada müxalif “Qələbə” Partiyası ölkənin Rusiya ilə ittifaq qurması təşəbbüsü ilə imzatoplama kampaniyasına başlayıb.
Teleqraf xəbər verir ki, partiya lideri İlan Şor bu təklifin cəmiyyətin geniş dəstəyini qazanacağına əmin olduğunu bildirib.
Şorun sözlərinə görə, kampaniya çərçivəsində ölkə əhalisinin azı 60 faizinin imzası toplanacaq. O, həmçinin Moldova Prezidenti Maya Sandunu Qərb tərəfindən “ölkəni dağıtmaq üçün gətirilmiş menecer” adlandıraraq, onu sərt şəkildə tənqid edib.
Bu açıqlama IMAS sosioloji şirkətinin 3 iyul tarixində açıqladığı sorğu nəticələrinin fonunda səslənib. Sorğuya əsasən, Moldova vətəndaşlarının əksəriyyəti neytrallığın qorunmasının və Rusiya ilə münasibətlərin bərpasının tərəfdarıdır. Respondentlərin yalnız 18 faizi ölkənin NATO-ya üzvlüyünü dəstəkləyib, 67 faizi isə Rumıniya ilə birləşməyə qarşı çıxıb.
Şor daha əvvəl Sandu rejiminə qarşı mübarizənin gücləndirilməsinəçağırış etmişdi.