AZ

Şirniyyat asılılığını ölçən yeni test hazırlanıb - TƏDQİQAT

Şirniyyatların sadəcə ləzzət mənbəyi deyil, həm də bəziləri üçün emosional və davranış asılılığına səbəb olan kompleks bir faktor olduğu fikri getdikcə daha çox qəbul edilir. Bu kontekstdə yeni bir pilot tədqiqat şirniyyatlara spesifik asılılıq davranışlarını ölçmək daşıyır. Tədqiqat şirniyyat asılılığının zəif iradə ilə deyil, emosional sıxıntı, nəzarətin itirilməsi və dəfələrlə təkrarlanan istehlak davranışları ilə müşayiət olunan kompleks psixoloji və davranış modeli ilə əlaqələndirir.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, pilot araşdırma çərçivəsində Polşada 344 yetkin şəxsdən toplanan məlumatlar test olunub və yüksək psixometrik etibarlılıq nümayiş etdirib (Cronbach α = 0.85).

İştirakçıların 62 faizini özlərini şirniyyata aludəçi kimi təsvir edib, 53 faizi bu halı başqalarına və ya özlərinə etiraf etdiklərini bildiriblər. Respondentlərin təxminən üçdə biri gündə bir neçə dəfə şirniyyat istehlak etdiklərini qeyd edib. Ən əhəmiyyətli nəticələrdən biri emosional reaksiyaların təkcə istehlak tezliyinin deyil, asılılıq şiddətinin əsas göstəricisi olmasıdır. “Ağır” şirniyyat asılılığı olan fərdlər arasında peşmanlıq və ya utanc halları da olub. Həmçinin bu iştirakçılar “bazar ertəsindən başlamaq” kimi davranışlarla məhdudlaşdırıcı pəhriz cəhdlərini tez-tez dilə gətiriblər.

Polşada və digər ölkələrdə şəkər istehlakı tövsiyə edilən səviyyələri xeyli üstələyir və bu, piylənmə, tip 2 diabet, əhval-ruhiyyə pozuntuları və kognitiv tənəzzül kimi ciddi sağlamlıq nəticələrinə səbəb ola bilər.

Seçilən
8
33
yeniazerbaycan.com

10Mənbələr