AZ

Rumıniya nəşri : Azərbaycan cazibədar memarlıq və təhlükəsiz şəhər mühiti

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan, xüsusilə də paytaxt Bakı, son illər avropalı turistlər üçün cəlbedici səyahət istiqamətinə çevrilməkdədir. Rumıniyanın nüfuzlu “Libertatea.ro” qəzetində dərc olunmuş məqalədə ölkəmizdəki sərfəli qiymətlər, memarlıq ülubları və şəhər təhlükəsizliyi yüksək qiymətləndirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə paytaxtın ictimai nəqliyyatına, xüsusilə metro xidmətlərinə diqqət yetirilir.

“Libertatea.ro”-nun əməkdaşları şəhərdə təhlükəsizliyin yüksək səviyyədə olduğunu və sosial sabitliyin təmin edildiyini bildirirlər. Qeyd olunur ki, Bakıda dilənçilərin və ictimai asayişi poza biləcək insanların görünməməsi, şəhər mədəniyyətinin yüksək olduğunu göstərir. Məqalədə bildirilir ki, Bakı şəhəri həm müasir, həm də tarixi memarlıq nümunələrinin birləşdiyi unikal vizual mühitə sahibdir. Heydər Əliyev Mərkəzi, “Alov Qüllələri” və Milli Xalça Muzeyi kimi binalar şəhərin futuristik və eyni zamanda milli elementləri özündə əks etdirən memarlıq obrazını yaradır.

Yazıda həmçinin qeyd edilir ki, Azərbaycana gələn turistlər yerli mətbəxin zənginliyindən də məmnun qalırlar. Qutab, dolma, plov kimi ənənəvi yeməklər Avropa dadına da uyğun gəlir. Eyni zamanda, yerli insanların qonaqpərvərliyi və isti münasibəti, turistlərin təəssüratlarını daha da müsbət edir.

“Libertatea.ro” qeyd edir ki, bu ölkəyə səyahət edənlər həm maliyyə baxımından qənaətli, həm də mədəni cəhətdən zəngin təcrübə əldə edə bilərlər. Azərbaycanın həm Avropa, həm də Asiya mədəniyyətlərinin kəsişməsində yerləşməsi, onu unikal və cəlbedici turizm istiqamətinə çevirir.

İqbal HacıyevAZƏRTAC-ın xüsusi müxbiri Buxarest

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
50
xalqqazeti.az

10Mənbələr