Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Almaniya özünü müdafiə etmək və azadlığını qorumaq üçün Litvaya qoşunla kömək edəcək.
Axar.az xəbər verir ki, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer deyib.
“Almaniya hərbi briqadasını Litvada yerləşdirməklə biz daimi söz veririk: sizin təhlükəsizliyiniz bizim təhlükəsizliyimizdir. Bu briqada qarşılıqlı məsuliyyəti və ittifaqa sadiqliyi təcəssüm etdirir. Kim Litvanı müdafiə edirsə, Avropanı, Avropa dəyərlərini müdafiə edir. Siz isə, əziz litvalılar, bunu hər gün edirsiniz”, - Ştaynmayer bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.