Dünyasını dəyişən portuqaliyalı futbolçu Dioqo Jotanın dəfn mərasimi dünən keçirilib.
Bu mərasimdə gözlər mərhumun həmyerlisi Kriştiano Ronaldunu axtarıb. Lakin portuqaliyalı ulduz mərasimdə iştirak etməyib.
O, varlığının vidaya kölgə sala biləcəyindən qorxub deyə dəfnetməyə gəlməyib.
Bu barədə "Mirror" nəşri məlumat yayıb.
Qeyd edək ki, Kriştiano Ronaldu və Dioqo Jota Portuqaliya yığmasında birlikdə oynayıb.
Dünən keçirilən dəfnetmədə "Liverpul"un sabiq və hazırki futbolçuları, Portuqaliya milli komandasının bir çox üzvü iştirak edib. (Offsideplus.az)