BAKI, 6 iyul. TELEQRAF
Rəsmi İrəvan üçüncü dövlətlərin Ermənistan ərazisindən hərbi əməliyyatlar üçün istifadə edilməsi ehtimalını rədd edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinın (XİN) bəyanatında bildirilir.
XİN-in sosial şəbəkə hesabında deyilir: “Mətbuatda yer alan bəzi uydurma məlumatlara cavab olaraq Ermənistan öz prinsipial mövqeyini bir daha təsdiqləyir: Ermənistan ərazisi üçüncü dövlətlər tərəfindən heç bir qonşu dövlətə qarşı hərbi əməliyyatlar həyata keçirmək üçün istifadə edilə bilməz”.