“Cənubi Qafqazda baş verənlər birbaşa Rusiyanın Ukraynada zəifləməsinin nəticəsidir”.
Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili özünün “Facebook” sosial media hesabında yazıb.
O bildirib ki, Bakı hazırda NATO ilə əməkdaşlığa başlayıb. Bundan əlavə Azərbaycan Rusiyanı birbaşa təhlükə kimi görür və özünün siyasi, iqtisadi, o cümlədən mədəni sferasını Moskvanın təsirindən təmizləmək üçün fəal addımlar atır.
Saakaşvili qeyd edib ki, Azərbaycanla Ermənistanın yaxınlaşması Rusiyaya ən ağır zərbə oldu.
Daşqın Həsənov
Missiya.Az