AZ

Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb

"Ukrayna böyükmiqyaslı əsir mübadiləsi çərçivəsində yüzlərlə ukraynalını evlərinə qaytara bilib".
 
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında deyib.
 
"Böyük mübadilənin səkkiz mərhələsi baş tutub. İyunun əvvəlindən yüzlərlə insanımız vətənə qayıdıb. Yaralılar, ağır xəstələr. Onların əksəriyyəti 2022-ci ildən əsirlikdə olub", - deyə o vurğulayıb.
 
Zelenski geri qaytarılanlar arasında təkcə hərbi qulluqçuların deyil, mülki şəxslərin də olduğuna diqqət çəkib.
Seçilən
1
42
moderator.az

10Mənbələr