AZ

Zelenski: "Ukrayna Rusiyaya qarşı xüsusi sanksiyalar tətbiq edib"

Ukrayna Rusiyaya qarşı maliyyə sxemlərinə, o cümlədən kriptovalyutalara qarşı xüsusi sanksiyalar tətbiq edib...

Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.

"Ümumiyyətlə, bu gün paketə 60 hüquqi şəxsə qarşı sanksiyalar daxildir və biz sanksiyaları birləşdirmək üçün tərəfdaşlarımızla işləyəcəyik - bizim, Avropanın, dünyanın digər mühüm yurisdiksiyaları ilə. Paketə həmçinin hamısı Rusiya vətəndaşı olmaqla 73 fiziki şəxs daxildir. Biz də onlara qarşı sanksiyaları sinxronlaşdıracağıq", - deyə o açıqlayıb.

Qeyd edək ki, iyunun 21-də Ukrayna prezidenti Rusiyaya təzyiqlərin artırılmasına yönəlmiş "xüsusi tədbirlər ayı"nın keçirildiyini bildirmişdi.

Poliqon.info

Seçilən
11
50
poliqon.info

10Mənbələr