AZ

Dağıstanda yeniyetmə terror aktı planlaşdırıb

Dağıstanın Daxili İşlər Nazirliyinin (DİN) binası yaxınlığında partlayış törətməyi planlaşdıran yeniyetmə saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Dağıstan üzrə İdarəsi məlumat yayıb.

Bildirilib ki, Dağıstanın Buinaks şəhərində terror aktı hazırlayan yeniyetmə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsi və 205-ci maddəsinin 1-ci hissəsi (terror aktı törətməyə cəhd) üzrə cinayət işi başlanıb.

Hazırda şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
1
29
far.az

10Mənbələr