Sia Az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Serbiyanın bəzi bölgələrində qırmızı və narıncı hava xəbərdarlığı elan olunub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, ölkənin şərq, cənub-şərq və cənub-qərbində qırmız hava xəbərdarlığı verilib. Narıncı hava xəbərdarlığı isə paytaxt Belqradda, eləcə də, Bakka, Banat, Srem, Qərbi Serbiya və Şumadiyada qüvvədədir.
Növbəti günlərdə havanın temperaturunun bəzi yerlərdə 36-40 dərəcə təşkil edəcəyi bildirilib. Temperaturun artması ilə əlaqədar xroniki xəstələrə və həssas insanlara xəbərdarlıq olunub. Ürək xəstələrinə xüsusilə diqqətli olmaları tövsiyə edilib. Əhaliyə kölgə yerlərdə qalmaq, həmçinin ultrabənövşəyi radiasiyadan qorunma tədbirlərinin həyata keçirilməsi məsləhət bilinib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.