AZ

Danimarka yeni çağırış sisteminə keçir - Qadınlar də əsgər gedəcək

BAKI, TurkicWorld

Danimarka qadınlar üçün məcburi hərbi xidmət tətbiq edən üçüncü Skandinaviya ölkəsi olub.

TurkicWorld xəbər verir ki, Danimarka parlamenti tərəfindən qəbul edilən yeni qanunla iyulun 1-dən etibarən 18 yaşdan yuxarı qadınlar kişilərlə bərabər hərbi lotereya sisteminə daxil ediləcək və məcburi hərbi xidmətə cəlb olunacaqlar.

Bu qərar Skandinaviyada Norveç və İsveçdən sonra qadınları məcburi hərbi xidmətə cəlb edən üçüncü ölkə olaraq Danimarkanı önə çıxarır.

Hazırda Danimarkada kişilər üçün hərbi xidmət məcburidir, lakin kifayət qədər könüllü olduğu üçün püşkatma sistemi tam tətbiq olunmurdu. Qadınlar isə bu günə qədər yalnız könüllü olaraq xidmətə gedə bilirdilər.

Yeni qanuna əsasən, hərbi xidmətin müddəti də artırılaraq 4 aydan 11 aya çatdırılıb. Çağırışçılar ilk 5 ay ərzində hərbi hazırlıq, növbəti 6 ayda isə əməliyyat təlimləri keçəcəklər.

Hazırda 6 milyon əhalisi olan Danimarkanın ordusunda 9000 peşəkar əsgər xidmət edir. Yeni sistemlə hökumət 2033-cü ilə qədər hər il 6500 yeni əsgər cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, bu qərar Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropada artan hərbi təhlükəsizlik narahatlıqları fonunda Danimarkanın müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır. NATO ölkələri ilə birlikdə hərbi xərcləri artıran Danimarka, bu islahatla həm gender bərabərliyini təşviq edir, həm də ordu strukturunu gücləndirməyi hədəfləyir.

Seçilən
1
4
turkic.world

10Mənbələr