AZ

"Hizbullah" lideri: Tərksilah olunmağı planlaşdırmırıq...

"Hizbullah" hərbi birləşmələrini tərksilah etməyi planlaşdırmır...

"Report"un xarici mediaya istinadən məlumatına görə, bu barədə qruplaşmanın lideri Naim Qasem bəyan edib.

"Təhdidlər bizi təslim olmağa məcbur etməyəcək, bu gün bizdən silahı yerə qoymağı, bəzi məsələlərdə mövqeyimizi yumşaltmağı tələb etməyin", - deyə o bildirib.

Livanın paytaxtı Beyrutun cənub sakinlərinə nümayiş olunan televiziya müraciətində Qasem qeyd edib ki, İsraillə vəziyyətin normallaşması üçün qarşı tərəfin "işğal edilmiş əraziləri tərk etməsi, təcavüzü dayandırması, məhbusları azad etməsi" tələb olunur. "Hizbullah" başçısının sözlərinə görə, bu şərtlər yerinə yetirildikdən sonra regionda gərginliyin azaldılması üçün növbəti addımları müzakirə etmək mümkün olacaq.

Xarici mətbuat qeyd edir ki, bu bəyanatlar ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakın Livana səfəri ərəfəsində səslənib. Gözlənilir ki, Livan hakimiyyəti ona "Hizbullah"ın hərbi qanadının tərksilah edilməsi tələbinə cavab verəcək.

Poliqon.info

Seçilən
5
29
poliqon.info

10Mənbələr