AZ

Gündə bir qaşıq qəbul edin Xərçəngdən qoruyur

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-də aparılan yeni tədqiqat göstərib ki, zeytun yağında olan təbii maddə xərçəng hüceyrələrini cəmi 30 dəqiqə ərzində məhv edə bilər.

Milli.Az xəbər verir ki, zeytun yağı ilə bağlı araşdırma Rutgers Universiteti və Hunter College-də aparılıb.

Məlum olub ki, zeytun yağında olan oleokantal adlı maddə xərçəng hüceyrələrinin içindəki tullantı toplayan lizozomları parçalayaraq hüceyrənin ölümünə səbəb olur. Maraqlısı isə odur ki, bu təsir yalnız xəstə hüceyrələrə olur, sağlam hüceyrələrə zərər vermir.

Normalda hüceyrələr bir neçə saat ərzində təbii yolla ölür, amma oleokantal bu prosesi daha tez və fərqli yolla həyata keçirir. Tədqiqatçılar zeytun yağının bu xüsusiyyətinə görə, xərçənglə mübarizədə qoruyucu rol oynaya biləcəyini düşünür.

Mütəxəssislər gündə bir qaşıq süzülmüş zeytun yağının istifadəsini tövsiyə edir. Bu həm immun sistemini gücləndirə, həm də xərçəng riskini azalda bilər.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
7
news.milli.az

10Mənbələr